Fethullah Gülenin təşkilatı ilə əməkdaşlıq ittihamları ilə, Türkiyədə 151 nəfərin həbs edilməsi haqqında order verildi
Fethullah Gülenin təşkilatı ilə əməkdaşlıq ittihamları ilə, Türkiyədə 151 nəfərin həbs edilməsi haqqında order verildi

Türkiyənin baş prokurorluğu, Türkiyə iqtidarı tərəfindən axtarışda olan Fethullah Gülenin təşkilatı (FETO) ilə əməkdaşlıq ittihamı ilə 151 nəfərin həbs edilməsi haqqında order verdi.

Həbs edilənlər arasında sabiq hərbi xidmətçilər də var.

Bu haqda məlumatı Türkiyə medyası yayır.

Xatırladaq ki, 2016-cı ilin iyulun 15-də Türkiyədə hərbi çevriliş cəhdi müvəffəqiyyətsiz başa çatdı.

Türkiyə iqtidarı hərbi çevrilişdə ABŞ-da yaşayan Fethullah Güleni suçladı.

Qeyd olunan hərbi çevriliş cəhdindən sonra, onda iştirak etmək ittihamı ilə Türkiyədə 50 mindən artıq insan həbs olundu.