Fələstinin Baş naziri Avropa İttifaqı və BMT-ni Qəzza sektorunda yaşayan əhaliyə paraşütlə yardım etməyə çağırıb
Fələstinin Baş naziri Avropa İttifaqı və BMT-ni Qəzza sektorunda yaşayan əhaliyə paraşütlə yardım etməyə çağırıb

Fələstinin Baş naziri Mohamed Ştaie Avropa İttifaqı və BMT-ni Qəzza sektorunda yaşayan əhaliyə paraşütlə yardım etməyə çağırıb.

“Mən Birləşmiş Millətlər Təşkilatını və Avropa İttifaqını Qəzza sektoruna, xüsusən də şimala paraşütlə yardım etməyə çağırıram” -o bildirib.

Bununla belə, “TIMES OF ISRAEL”in yazdığı kimi, təşkilatlar İsrailin razılığı olmadan Qəzzaya paraşütlərlə yardım çatdıra bilməyəcəklər.