Fələstin Administrasiyasının lideri Mahmud Abbas ABŞ-ı Fələstin muxtariyyətinin nümayəndələrinə viza verilməsi məsələsi ilə bağlı qərarı yenidən nəzərdən keçirməyə çağırıb
Fələstin Administrasiyasının lideri Mahmud Abbas ABŞ-ı Fələstin muxtariyyətinin nümayəndələrinə viza verilməsi məsələsi ilə bağlı qərarı yenidən nəzərdən keçirməyə çağırıb

Fələstin Administrasiyasının lideri Mahmud Abbas ABŞ-ı Fələstin muxtariyyətinin nümayəndələrinə viza verilməsi məsələsi ilə bağlı qərarı yenidən nəzərdən keçirməyə çağırıb.

Abbasın ofisi bildirib ki, bu qərar onları “tamamilə şoka salıb”, çünki bu, “beynəlxalq hüquqa və BMT-nin Baş Qərargah Sazişinə ziddir, xüsusən də Fələstin Dövlətinin BMT-nin müşahidəçi üzvü olduğunu nəzərə alsaq”.

Mahmud Abbas ABŞ-ı qərarını yenidən nəzərdən keçirməyə çağırıb. Bundan əvvəl məlum olub ki, ABŞ Nyu-Yorkda BMT Baş Assambleyası ərəfəsində Fələstin administrasiyasının rəsmilərinə viza verməkdən imtina edib.

“BBC”-nin məlumatına görə, bu qərar Fələstin Muxtariyyətinin lideri Mahmud Abbasa və ABŞ vizası ləğv edilən digər 80 fələstinli rəsmi şəxsə təsir edəcək.