Federika Moqerini - Avropa İttifaqı Rusiya ilə ələqələrin beş əsas prinsipinə yenidən baxacaq
Federika Moqerini - Avropa İttifaqı Rusiya ilə ələqələrin beş əsas prinsipinə yenidən baxacaq

Avropa İttifaqı Rusiya ilə ələqələrin beş əsas prinsipinə yenidən baxacaq. Bu barədə Lüksemburqda Avropa İttifaqı Xarici İşlər nazirlərinin görüşünün başlamasına qədər Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Federika Moqerini bəyan etdi.

“Biz həmçinin Rusiya barəsində danışıqlar aparacağıq, Rusiya ilə ələqələrin beş əsas prinsipinə yenidən baxacaq. Bu barədə daha ətraflı günün sonunda bildirəcəm”, – Federika Moqerini qeyd etdi.

Qeyd olunan beş prinsipi Avropa İttifaqı 2016-cı ilin martında razılaşdırdı – Minsk razılaşmasının tam həyata keçirilməsi; Rusiyanın postsovet ölkələri ilə daha sıx əlaqələr; Rusiya təhlükələrinə qarşı Avropa İttifaqının müqavimətin gücləndirilməsi; terrorizmə qarşı mübarizə; insanlar arasında əlaqələrin dəstəyi.

Avropa İttifaqının Ali Nümayəndəsi dediyinə görə, BMT-nin rəhbərliyi ilə Suriya böhranının tənzimlənməsi üzrə siyası danışıqların bərpası əhəmiyyətlidir.

Federika Moqerini bəyan etdiyinə görə, gələn həftə Brüsseldə Suriya məsələsi üzrə konfrans keçiriləcək. Burada da 70 ölkənin nümayəndəsi iştirak edəcəkdir.

Onun qeyd etdiyinə görə, görüşdə nazirlər İran məsələsini də müzakirə edəcəklər.