Federal Təhqiqat Bürosu – Trampın qolf klubunda baş verən hadisə görünür qətl cəhdi olub
Trampın qolf klubunda baş verən hadisə görünür qətl cəhdi olub – bu haqda Federal Təhqiqat Bürosunun bəyanatında qeyd olunub. Məlumatı “BBC” yayır.
Bəyanatda hadisə ilə əlaqədar istintaq aparıldığı və ehtimal ki, bunun qətl cəhdi olduğu deyilir.
Xatırladaq ki, ABŞ-nin sabiq prezidenti və prezidentliyə namizədin yaxınlığında atışma baş verib. Trampın dediyi kimi, o özünü yaxşı hiss edir.
Hadisə ilə əlaqəsi olan bir nəfər saxlanılıb. “CBS News”un məlumatına əsasən, şübhəli şəxs “AK-47” tipli silahla silahlanıbmış.