Faktlar və fotolar - Avqust müharibəsindən 10 sonra
Faktlar və fotolar - Avqust müharibəsindən 10 sonra

412 həlak olan, onların arasında 169 əsgər; 1 747 yaralı, 130 min məcburi köçkün, hansılarının 30 mini hələdə qaçqınn kimi yaşayır. 35 min dağıdılmış ev, yerlə bir edilmiş 53 gürcü kəndi; Rusiya tərəfindən əlavə olaraq, işğal edilən 5 dərə və 125 kənd; Gürcüstan vətəndaşları bugün də dəmir çəpərliklər arxasında yaşayırlar – bütün bunlar avqust müharibəsinin nəticələridir.

2008-ci ilin Rusiya-Gürcüstan müharibəsindən sonra 10 il keçdi.

Gürcü kəndlərinə atəş hələ 2008-ci ilin iyul ayında açıldı. Vəziyyət xüsusi ilə avqustun 7-də gərginləşdi və  gürcü kəndlərinə doğru intensiv atəş açıldı. Avqustun 8-də səhər isə, Roki tunelindən Tsxinvali regionuna Rusiyanın 58-ci armiyasının kolonası gəldi.

Tsxinvalinin bir hissəsini ala bilən Gürcüstan əsgəri Rusiya aviasiyasının hücumu nəticəsində geri çəkilməli oldu. Rus aviasiyası Qori şəhərini, Poti portunu, Senaki və Marneulinin hərbi bazalarını, Vaziani bazasını, aviasiya zavodunu və Kvişiani dağındaki radarı bombaladı.

De-fakto rejim tərəfindən nəzarət edilən ərazilərdən başqa, rus əsgərləri həmçinin, Kodori dərəsini, Poti, Zuqdidi, Senaki, Axalqori, Qori rayonunun bir neçə kəndini və Saçxere rayonunun Perevi kəndini zəbt etdilər.

İntensiv hərbi hərəkətlər beş gün davam etdi. Hərbi hücumun dayandırılması isə, beynəlxalq dostluğun fəallaşması nəticəsində mümkün oldu.

Müharibə başa çatandan sonra, Rusiya Abxaziya və “Cənubi Osetiya”-nın müstəqilliyini elan etdi.

2008-ci ildə nail olunan atəşkəs razılaşmasının şərtlərini isə, rəsmi Moskva hələdə yerinə yetirmir.

Gürcüstanın Xarici İşlər Nazirliyinin veb-səhifəsində 2008-ci ilin avqustunun ağır günlərinin xronologiyası verilir.

Foto müəllifi: Zurab Kurtsikidze