“Eurostat”ın göstəricilərinə əsasən 2022-ci ilin avqust-noyabr aylarında Aİ ölkələrində təbii qaz istehlakı 20,1 faiz azalıb
2022-ci ilin avqust-noyabr aylarında Aİ ölkələrində təbii qaz istehlakı 20,1 faiz azalıb. Göstəricilər “Eurostat” tərəfindən dərc olunub.
“2022-ci ilin avqust-noyabr aylarında Avropa İttifaqında təbii qaz istehlakı 2017-2021-ci illərin eyni aylarında (avqust-noyabr) təbii qazın orta istehlakı ilə müqayisədə 20,1 faiz azalıb” – deyə “Eurostat” yazır.
“Eurostat”ın göstəricilərinə əsasən 2022-ci ilin avqust-noyabr aylarında təbii qaz istehlakının azalması 18 üzv ölkədə 15 faiz hədəf göstəricisini aşıb, bəzilərində isə 40 faiz. Qaz istehlakı ən çox Finlandiya, Latviya və Litvada azalıb. Altı ölkə təbii qaz istehlakını azaldıb, lakin 15 faizlik hədəf göstəriciyə hələ çatmayıb.
“Eurostat”ın göstəricilərinə əsasən Malta və Slovakiyada isə təbii qaz istehlakı artıb.