“Euronews” – Kaia Kallasa qarşı artan tənqidlər Avropa İttifaqının xarici siyasətindəki struktur çatışmazlıqlarını və gərginliyi üzə çıxarır

17:21, 14.06.2026

Kaia Kallasın Ali Nümayəndə kimi fəaliyyətinə qarşı artan tənqidlər Avropa İttifaqının xarici siyasətindəki struktur çatışmazlıqlarını və gərginlikləri üzə çıxarır, – bu barədə “Euronews” yazır.

Nəşrin məlumatına görə, Kallas, Fransa hökuməti ilə əlaqəli qeyri-rəsmi sənədin yayılmasından sonra siyasi böhranla üzləşib. Həmin sənədə əsasən, onun ali nümayəndə postundakı fəaliyyəti ilə bağlı suallar yaranıb.

Media məlumatına görə, sənəddə üç variant təqdim olunur ki, onlardan biri onun rolunu gücləndirəcək və genişləndirəcək, lakin digər iki variant onun rolunu əhəmiyyətli dərəcədə zəiflədəcək və onun səlahiyyətlərinin Avropa Komissiyasına və ya üzv dövlətlərə verilməsini də nəzərdə tutur.

“Euronews”un yazdığına görə, Kallasın tənqidçiləri iddia edirlər ki, bəzən onun mövqeyi Avropa İttifaqının 27 üzv ölkəsi tərəfindən dəstəklənən konsensusdan kənara çıxır və şəxsi fikrə əsaslanır.

Anonimlik şərti ilə, müxtəlif ölkələrin bir neçə diplomatı son həftələr ərzində Kallasa qarşı mənfi reaksiyanın gücləndiyini etiraf edib.

“Təəssüf ki, o, dəstəyi itirmək üçün çox şey edir. O, Şurada alyanslar qurmağı elə də yaxşı bacarmır”, – deyə yüksək vəzifəli diplomatlardan biri deyib.

Oxşar