“Euronews” Gürcüstanda keçirilən etiraz aksiyaları barəsində məqalə dərc etdirir

12:00, 01.12.2019

“Euronews” Gürcüstanda keçirilən etiraz aksiyaları barəsində ətraflı məqalə dərc etdirir. Nəşr tərəfindən dərc olunan məqalənin başlığıdır – “Minlərcə nümayişçi Gürcüstanda vaxtından əvvəl seçkiləri nəyə görə istəyir?”.

Məqalədə deyilir ki, Gürcüstanda nümayişçilər artıq iki həftədir ki, Parlamentin binasını blok edirlər. “Fəallar istəyirlər ki, 2024-cü ildə planlaşdırılmış seçki sitemi dəyişiklikləri qüvvəyə dörd il əvvəl minsin”, – jurnalist yazır.

Müəllif qeyd edir ki, hakim partiya seçki sisteminin 2020-ci il üçün dəyişikliyinə qarşı çıxır.

“Euronews”-un yazdığına görə, etiraz aksiyaları Tbilisidən başqa Msxetada, Zuqdididə, Potidə, Telavi və Ozurqetidə keçirildi.

Məqalədə həmçinin deyilir ki, 2019-cu ildə nümayişlər iyun ayında da keçirildi.

Oxşar