Euronews-da Acara haqqında reklam video-çarxı yayımlanır
Euronews-da Acara haqqında reklam video-çarxı yayımlanır

BBC-dən sonra, Acara haqqında reklam video-çarxı Euronews-da yayımlanacaq.

Acaranın imic video-çarxının yeniləşdirilmiş versiyası üzərində Euronews çalışdı.

Acaranın Kurort və Turizm Departamentinin məlumatına görə, teleşirkətin efirindən Gürcüstanın turizm məhsulu ilə 195 ölkədə tanış olacaq.

Televiziya reklamından sonra, bu il, Euronews tamaşaçıları Acara haqqında hazırlanan verlişləri və bloqları izləyəcəklər.

Euronews-un jurnalistləri Acaraya aprelin əvvəlində qonaq olmuşdular və yenə bir dəfə yay və payız fəslində, Dünya Şaxmat Çempionatını işıqlandırmağa gələcəklər.

Paralel olaraq, Acara turizm departamenti “Doiçe Velle” və CNN teleşirkətləri ilə, Acaranın imic video-çarxlarının efirə buraxılması məsələsi haqqında danışıqlar aparır.