"Euronews" - Ayətullah Əli Xameneinin varisi hesab edilən oğlu Avropada əhəmiyyətli daşınmaz əmlaka sahibdir
Ayətullah Əli Xameneinin varisi hesab edilən oğlu Avropada daşınmaz əmlak imperiyasına sahibdir, – bu barədə “Euronews” yazır.
Təhqiqatçı jurnalistlər 56 yaşlı Müctəba Xameneinin xaricdə əhəmiyyətli aktivlərinin olduğunu aşkar ediblər.
Medianın məlumatına görə, Avropadakı daşınmaz əmlak imperiyası İranın mənəvi lideri Əli Xameneinin oğlu ilə əlaqəli olan iranlı iş adamı Əli Ənsar tərəfindən yaradılıb.
“Bloomberg”in bir illik araşdırmasına görə, o, vasitəçilər vasitəsilə beynəlxalq daşınmaz əmlak şəbəkəsinə nəzarət edir, hərçənd, aktivlər birbaşa onun adına qeydiyyatdan keçirilməyib.
Portfelə Londonda lüks əmlak, Dubayda bir villa və Frankfurt və Mayorkada yüksək səviyyəli mehmanxanalar daxildir. Maliyyələşdirmə əsasən maliyyə institutlarına və Britaniya, İsveçrə, Lixtenşteyn və Birləşmiş Ərəb Əmirliklərindəki ofşor şirkətlər şəbəkəsi vasitəsilə yatırılan İran neft gəlirlərindən gəlir.
“Bloomberg” tərəfindən müəyyən edilən əsas aktivlərdən biri Frankfurtdakı beşulduzlu Hilton Frankfurt Gravenbruch mehmanxanasıdır.
Sənədlərə görə, mehmanxana 2011-ci ildən İranlı iş adamı Əli Ənsari ilə əlaqəli strukturlara məxsusdur.
İstintaqa görə, İranlı multimilyoner Əli Ənsari Xameneinin oğlu üçün vasitəçi rolunu oynayır. Ənsari özü İran “İnqilab Keşikçiləri Korpusu” və ya Müctəba Xamenei ilə hər hansı əlaqəsini rədd edir.
Böyük Britaniya Ənsariyə qarşı 2025-ci ilin oktyabr ayında sanksiyalar tətbiq edib. Ənsari Moctaba Xamenei ilə hər hansı maliyyə və ya şəxsi əlaqələrini qəti şəkildə rədd edib və qeyd edib ki, Britaniya tərəfindən tətbiq olunan sanksiyaların ləğv edilməsi üçün şikayət etməyi planlaşdırır.
“Euronews”un “The Financial Times” qəzetinin araşdırmasına istinadən yazdığına görə, iranlı iş adamı Ənsari təxminən 400 milyon avro dəyərində Avropa daşınmaz əmlak imperiyası qurub.
Aktivlər müxtəlif Avropa ölkələrində, o cümlədən Mallorkada qolf kurortu və Avstriyada xizək mehmanxanasını əhatə edir. Bu aktivlər Lüksemburq, Sent-Kits və Nevis, Avstriya, Almaniya və İspaniyadakı mürəkkəb ofşor şirkətlər şəbəkəsi vasitəsilə qurulub.