“Euronews” – İrimiqyaslı yanğınlar və güclü quraqlıq fonunda, Avropanın bir neçə ölkəsində Birinci və İkinci Dünya müharibələri dövrünə aid partlamamış döyüş sursatı aşkar edilib
Avropanın bir neçə ölkəsində Birinci və İkinci Dünya müharibələri dövrünə aid partlamamış döyüş sursatı aşkar edilib. Məlumatı “Euronews” yayır.
Nəşrin məlumatına görə, Avropada irimiqyaslı yanğınlar və güclü quraqlıq fonunda Fransanın Bordo şəhəri yaxınlığında, həmçinin Belçikanın Lyej əyalətində köhnə, potensial təhlükəli hərbi döyüş sursatı aşkar edilib.
“Euronews”un məlumatına görə, yanğınlar nəticəsində yaranan partlayışlar artıq Fransa, Almaniya, Belçika və Niderlandda qeydə alınıb. Eyni məlumata əsasən, güclü istilər və yanğınlar Birinci və İkinci Dünya müharibələrindən qalmış partlamamış bombaların və digər hərbi sursatın partlaması üçün əlavə təhlükə yaradır.
Bununla yanaşı, quraqlıq səbəbindən çaylarda suyun səviyyəsinin aşağı düşməsi nəticəsində həmin dövrün hərbi texnika və silahları, o cümlədən alman hərbi gəmiləri, Vermaxt motosikli və bomba üzə çıxıb.
Mütəxəssislərin qiymətləndirməsinə görə, iqlim dəyişikliyi köhnə hərbi qalıqların yenidən üzə çıxmasına və bəzi hallarda aktivləşməsinə töhfə verir.