“Euronews”- Avropa Parlamentinin Rusiyanı terrorizmin sponsoru olan dövlət elan etməsindən sonra Avropa Parlamentinin internet saytı “xarici hücum” səbəbindən bağlanıb
Avropalı parlamentarilərin Rusiyanı terrorizmin sponsoru olan dövlət elan etməsindən sonra Avropa Parlamentinin internet saytı “xarici hücum” səbəbindən bağlanıb-bu barədə məlumatı “Euronews” yayır.
Avropa Parlamentinin sözçüsü Caume Duk vebsaytın əlçatanlığına xarici trafikin təsir göstərdiyini bildirib.
“Bu trafik kiberhücumla bağlıdır. Avropa Parlamentinin komandaları bu problemi mümkün qədər tez həll etməyə çalışırlar” – deyə Avropa Parlamentinin sözçüsü Caume Duk bildirib.
Avropa Parlamenti Rusiyanı terrorizmin sponsoru olan dövlət elan edib. Avropa Parlamentinin məlumatında deputatların Rusiyanı “terror vasitələrindən istifadə edən” dövlət kimi tanıdıqları deyilir.