EuroBasket 2025-in seçmə mərhələsi | Gürcüstan millisi Espooda Finlandiyanı məğlub etdi #1TVSPORT
Gürcüstanın basketbol komandası EuroBasket 2025-in seçmə mərhələsində Espooda Finlandiyaya qarşı oynadı və 90:83 hesabı ilə qalib gəldi.
Görüş başdan sona gədər bərabərə mübarizə şəraitində keçdi. İlk dəqiqələrdə finlər 7:0 önə keçdilər və bundan sonra 30 dəqiqə elə keçdi ki, Gürcüstan millisi irəli gedə bilmədi.
Dördüncü dövrə başlamazdan əvvəl finlər 63:62 hesabı ilə qalib gəlirdilər, lakin həlledici dörddəbirin əvvəlində Tornike Şenqelia “Xaçlılar”a 10 xallıq üstünlük gətirdi – 75:65. Lakin yenə də üç xallar hesabına final sirenasına 3 dəqiqə qalmış finlər fərqi 4 xala endirdilər (80:76). Qalan vaxtda vəziyyət həddindən artıq gərginləşdi. Final sireninə 34 saniyə qalmış Bolduin 3 xalla Gürcüstanı 85:81 önə keçirdi, lakin finlər təslim olmurdular. Həlledici məqamda əvvəlcə Cinçaradze iki xallıq, daha sonra Burcanadze iki cərimə zərbəsi vurdu və siren səsinə 10 saniyə qalmış Gürcüstan 88:83 hesabı ilə önə keçdi. Bu, artıq qələbə demək idi. Yekun hesabı Qiorqi Şermadini təyin etdi – 90:83.
Oyunçu mövqeyində uğurlu oyun keçirən(23 xal) Gürcüstan millisində amerikalı Kamar Bolduin debüt etdi. Birinci hissədə komandamızda Duda Sanadze perimetrdən yüksək faizlə atırdı və o, 3 üçlük ataraq 9 xal qazandı. Tornike Şenqelia matçı 24 xalla başa vurdu.
Bu, EuroBasket 2025-ə gedən yolda ən vacib qələbə idi.
Qrupda dörd komanda var: Gürcüstan, Serbiya, Finlandiya və Danimarka. Finlandiya ev sahibidir və qrupdan çıxacağına zəmanət verilir, lakin onunla nəticələr digər üç komanda üçün aktiv hesab olunur. Finlandiyanın ev sahibi statusunu nəzərə alsaq, üç komanda üçün iki çıxış yeri qalır. Serbiya aşkar favorit olduğundan Gürcüstan millisinin əsas vəzifəsi qrupda Danimarkanı ötməkdir.
Gürcüstan millisi növbəti oyunu noyabrın 24-də Tbilisidə yenidən Finlandiya ilə keçirəcək, fevralda isə iki həlledici tur keçiriləcək: Gürcüstan Danimarkana ev sahibliyi edəcək və Serbiyaya səfər edəcək.
