EuroBasket 2025 | Birinci hissədən sonra Gürcüstan millisi Tbilisidə Danimarkanı məğlub edir #1TVSPORT
EuroBasket 2025 | Birinci hissədən sonra Gürcüstan millisi Tbilisidə Danimarkanı məğlub edir #1TVSPORT

Tbilisi Arenada EuroBasket 2025-in seçmə mərhələsinin beşinci turun matçında Gürcüstan basketbol komandası birinci hissədən sonra Danimarkanı 37:25 hesabı ilə məğlub edir.

Oyunun başlamasına 30 dəqiqə qalmış məlum oldu ki, Gürcüstan millisinin milli basketbolçusu Kamar Bolduin zədə səbəbindən matçda iştirak edə bilməyəcəkdi.

Birinci rübdə Danimarka 21:19 qalib gəldi, ikinci rüb isə 18:4 hesabı ilə bizim qələbəmizlə başa çatdı.

Rəqib komandanın basketbolçuları əsasən üç xallıq xəttdən hücuma keçməyə çalışırdılar, həmçinin, üç saniyəlik zonada aktiv idilər. Komandamızın oyunçuları rəqibin qalxanı altında yaxşı çalışırdılar, danimarkalılar Tornike Şengeliaya mane ola bilmədilər. Gürcüstan komandasına ən çox 13 xalı qazandıran o olub. Danimarkalıların sıralarında 8 xalla Kevin Larsen ən yaxşı oyunçu olub.

Xatırladaq ki, Gürcüstan millisi bu matçda qalib gəldiyi təqdirdə Avropa çempionatının final mərhələsinə vəsiqə qazanacaq.