Etiraz aksiyaları zamanı Quram Roqava və Zviad Maisaşviliyə qarşı zorakılıqda ittiham olunan hüquq-mühafizə orqanlarının əməkdaşlarına məhkəmə həbs qətimkan tədbiri seçib
Etiraz aksiyaları zamanı Quram Roqava və Zviad Maisaşviliyə qarşı zorakılıqda ittiham olunan hüquq-mühafizə orqanlarının əməkdaşlarına məhkəmə həbs qətimkan tədbiri seçib

Məhkəmə etiraz aksiyaları zamanı Quram Roqava və Zviad Maisaşviliyə qarşı zorakılıqda ittiham olunan hüquq-mühafizə orqanlarının əməkdaşlarına qətimkan tədbiri olaraq həbs cəzası verib.

İş üzrə prokuror Qiorqi Nadiradzenin qeyd etdiyi kimi, təqsirləndirilən şəxslər cinayəti etiraf edirlər və istintaq davam edir.

“Bu gün keçirilən məhkəmə iclasında cinayətin iki epizodu — Quram Roqava və Zviad Maisaşvili ilə bağlı epizodlar üzrə təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. İş bununla bitmir, hər iki halda çox böyük iş görülüb və məhz bunun nəticəsidir ki, beş nəfərə qarşı cinayət təqibinə başlanılıb, lakin istintaq bu mərhələdə də davam edir. Qeyd olunan məhkəmə iclasında hər üç təqsirləndirilən şəxs cinayətini etiraf edib”, – Qiorqi Nadiradze bildirib.

Zərərçəkənlərdən biri, Zviad Maisaşvili bildirib ki, təqsirləndirilən hüquq-mühafizə orqanlarının əməkdaşları ondan üzr istəyiblər.

“Onların hər ikisi cinayətini etiraf edib və məndən üzr istəyiblər. Mən heç vaxt bu insanlara qarşı hər hansı nifrət və ya qisas hissi keçirməmişəm. Onların üzr istəməsi müsbət haldır”, – Maisaşvili qeyd edib.