Estoniyanın Xarici İşlər Nazirliyi bildirirlər ki, Gürcüstanın daha 19 yüksək vəzifəli şəxsinə sanksiyalar tətbiq edilib
Estoniyanın Xarici İşlər Nazirliyi bildirirlər ki, Gürcüstanın daha 19 yüksək vəzifəli şəxsinə sanksiyalar tətbiq edilib

Estoniya Gürcüstanın daha 19 yüksək vəzifəli şəxsinə sanksiyalar tətbiq edib. Bu barədə Estoniya Xarici İşlər Nazirliyi məlumat yayır.

Qurumun məlumatına görə, sanksiyalar siyahısına Gürcüstanın ədliyyə naziri, baş prokuroru, parlament üzvləri, prokurorlar, hakimlər və keçmiş polis rəisi daxildir.

“Bu şəxslər dinc nümayişçilərin, jurnalistlərin və müxalifət nümayəndələrinin təqib edilməsinə birbaşa və ya dolayısı ilə cavabdehdirlər. Gürcüstan hakimiyyətinin tətbiq etdiyi zorakılıq, siyasiləşdirilmiş məhkəmə prosesləri, nümayişçilərin və müxalifət siyasətçilərinin qeyri-mütənasib cəzalandırılması demokratiyanın əsas dəyərlərinə ziddir və Gürcüstanın Avropa İttifaqına namizəd statusu ilə bağlı şərtlərə ziddir. Estoniya gürcü xalqının hüquqlarını və ləyaqətini qoruyaraq Gürcüstanın vətəndaş cəmiyyətini, müstəqil mediasını və Avropaya inteqrasiyasını dəstəkləməyə davam edəcək”, – Estoniyanın xarici işlər naziri Marqus Tsahknanın bəyanatında deyilib.

Estoniya ümumilikdə 102 Gürcüstan vətəndaşına ölkəyə giriş qadağası tətbiq edib. Estoniyanın bu gün sanksiya tətbiq etdiyi 19 şəxs arasında bunlar var: Nino Qalustaşvili, Qiorqi Qvarakidze, Aluda Ğuduşauri, İlia İncia, İrakli Kadaqişvili, Ani Xubecaşvili, Mariam Laşxi, Quram Maçaraşvili, Mari Meşveliani, Viktor Metreveli, Cvebe Naçxebia, Nino Saxelaşvili, Paata Salia, Tengiz Şarmanaşvili, İrakli Şvangiradze, Sozar Subari, Aleksandre Tabatadze, Sulxan Tamazaşvili, Natia Tatiaşvili.