Estoniyanın xarici işlər naziri – sentyabrın 19-dan etibarən Rusiya vətəndaşları Şengen vizası ilə Polşa və Baltikyanı ölkələrə gedə bilməyəcəklər
Sentyabrın 19-dan etibarən Rusiya vətəndaşları Şengen vizası ilə Polşa və Baltikyanı ölkələrə gedə bilməyəcəklər. Bu barədə Estoniya Xarici İşlər Nazirliyinin rəhbəri Urmas Reinsalu məlumat verib.
“Estoniyaya səfər etməyin. Sizin bura gəlişinizə heç kim sevinmir”, – deyə Estoniyanın xarici işlər naziri bildirib.
Onun sözlərinə görə, Rusiya vətəndaşları vizanın hansı ölkədə verilməsindən asılı olmayaraq, Şengen vizası ilə Estoniya, Latviya, Litva və Polşaya gedə bilməyəcəklər. Bu, turistik, mədəni, idman və biznes məqsədləri üçün səyahət etmək istəyən insanlara aiddir.
Dörd ölkənin birgə bəyanatında qeyd olunur ki, “Aİ-yə səyahət insan hüququ deyil, imtiyazdır”.
İstisnalar yalnız Aİ-yə qohumunun yanına və ya digər humanitar məqsədlərlə səfər edən vətəndaşlar üçün olacaq.