Estoniya parlamenti Rusiyanı terrorizmə sponsorluq edən dövlət kimi tanıyıb

16:15, 18.10.2022

 

Estoniya parlamenti Rusiyanı terrorizmə sponsorluq edən dövlət kimi tanıyıb. 88 deputat qətnaməni dəstəkləyib.

Qətnamədə həm Rusiyanın Ukraynaya hücumu, həm də mülki əhalini hədəf alan hava hücumları pislənir.

Həmçinin, qətnamə Ukrayna ərazilərinin qondarma referendumlar vasitəsilə ilhaqını pisləyir.

Sənəddə həmçinin Rusiyanın BMT Təhlükəsizlik Şurasından çıxarılması tələb olunur.

Oxşar