Estoniya, Latviya və Litvanın müdafiə nazirləri Vaşinqtonda Pit Heqset ilə görüşüb
Estoniya, Latviya və Litvanın müdafiə nazirləri Hanno Pevkur, Andris Spruds və Dovile Sakaliene Pentaqonun rəhbəri Pit Heqset ilə Pentaqonda görüşüblər. Bu barədə Estoniya mediası məlumat yayır.
Əsas müzakirə mövzusu transatlantik əlaqələrin möhkəmləndirilməsi olub.
Bu, Baltikyanı ölkələrin nazirləri ilə Heqset arasında ilk rəsmi görüş idi.