"Eşq olsun millətə, düşmənə ölüm" - "Gürcüstanın Milli Birliyi" Rustaveli həndəvərində əks-aksiya keçirir
"Eşq olsun millətə, düşmənə ölüm" - "Gürcüstanın Milli Birliyi" Rustaveli həndəvərində əks-aksiya keçirir

“Gürcüstanın Milli Birliyi” milli sosialist hərəkatı Parlament binası yanına getməyi planlaşdırırdı.

Birinci Kanalın jurnalistinin hadisə yerindən verdiyi məlumata görə, aksiya iştirakçıları hazırda Giya Çanturiya küçəsindədirlər.

“Gürcüstanın Milli Birliyi” hərəkatının nümayəndələri “Eşq olsun millətə, düşmənə ölüm” süarı altında Rustaveli prospektində əks-aksiyanın keçirilməsini planlaşdırırdı, lakin polis küçəni bağlayıb və onlar Rustaveliyə tərəf gedə bilmirlər və Giya Çanturiya küçəsində qalırlar.

Onların dediyinə görə, gərginliyin daxil edilməsini planlaşdırmırlar.

“Gücümüzü hamıya göstərmək istəyirik. Gənclərin hamısının adı ilə danışmasınlar”, – aksiya iştirakçıları bəyan edirlər.

Bununla yanaşı, Parlament binası həndəvərində xüsusi təyinatlə dəstə səfərbər olunub.