Ermənistanın Milli Təhlükəsizlik Xidməti əməkdaşları bütün ermənilərin katolikosunun iqamətgahına daxil olublar
Ermənistanın Milli Təhlükəsizlik Xidməti əməkdaşları bütün ermənilərin katolikosunun iqamətgahına daxil olublar

Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları bütün ermənilərin katolikosunun Eçmiədzindəki iqamətgahına daxil olublar.

Erməni mediasının məlumatına görə, Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları patriarxlıqda xüsusi tədbirlər həyata keçirirlər.

Qeyd etmək lazımdır ki, bu səhər təxminən 30 maskalı şəxs Şirak yeparxiyasının binasına daxil olub.

Erməni mediasının məlumatına görə, Şirak yeparxiyasının rəhbəri baş arxiyepiskop Mikael binada deyil, o, Eçmiədzindədir və keşişlərin toplantısında iştirak edir.

Məlumat üçün bildirək ki, Ermənistanda hakimiyyətin ələ keçirilməsi cəhdi ilə bağlı istintaq aparılır. Ermənistan İstintaq Komitəsi “Müqəddəs Mübarizə” hərəkatını terror aktı hazırlamaqda və hakimiyyəti ələ keçirməyə cəhd etməkdə ittiham edib. İstintaq çərçivəsində baş arxiyepiskop Baqrat Qalstanyan terrorizmi hazırlamaqda, kütləvi iğtişaşları təşviq etməkdə və hakimiyyəti ələ keçirməkdə ittiham olunub. Həmçinin, Ermənistanın Şirak yeparxiyasının rəhbəri, baş arxiyepiskop Mikael Acapaxiani barəsində cinayət işi açılıb.

Bununla yanaşı, hakimiyyətin ələ keçirilməsi cəhdi ilə bağlı istintaq çərçivəsində iş adamı Tiqran Qalstyan və polkovnik Miqran Maxsudyan saxlanılıb.