Ermənistanın xarici işlər naziri – Azərbaycana təhvil verilmiş sülh sazişi layihəsi bütün razılaşdırılmış mətni ehtiva edir

15:56, 09.09.2024

 
Azərbaycana təhvil verilmiş sülh sazişi layihəsi bütün razılaşdırılmış mətni ehtiva edir – bu haqda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Lüksemburqun xarici işlər naziri ilə birgə mətbuat konfransında bildirib.

Mirzoyan, 10-cu redaktənin əvvəllər razılaşdırılmış mütün maddələr və ya maddələrin hissələrini ehtiva etdiyini deyib.

“Azərbaycanın reaksiyasını gözləyirik. Qısa müddət ərzində sülh sazişi imzalamaq və Cənubi Qafqazda bizim tərəfimizdən sülh səhifəsini açmaq üçün real imkan var” – Mirzoyan bildirib.

Ermənistan Xarici İşlər Nazirliyinin rəhbərinin sözlərinə əsasən, Ermənistanın kommunikasiya xətlərinin açılması ilə bağlı yanaşmaları da dəyişməzdir – Yerevan “Sülhün kəsişməsi” təşəbbüsünün prinsiplərinə uyğun olaraq mümkün qədər tez kommunikasiyaların blokunu açmağa hazırdır.

Nazir, saziş layihəsində 16 maddənin olduğunu dəqiqləşdirib. Onlardan 13-ü tam, üçü qismən razılaşdırılıb. Baş nazir Paşinyan tərəfindən 17 maddənin sadalanmasına gəlincə, Mirzoyan ehtimal edir ki, o, giriş hissəsini də hesablayıb.

“Təqdim etdiyimiz mətn tam razılaşdırılıb. Ya tam razılaşdırılmış maddələrdir, ya da əvvəllər razılaşdırılmış maddələrin hissələri. Yəni, artıq razılaşdırılanları imzalamağı təklif etdik. Mətn ətrafında faktiki olaraq heç bir müqavimət yoxdur. Azərbaycanın başqa mövzular gətirməyə çalışması başqa məsələdir. Bizim mövqeyimiz artıq razılaşdırılmış şeyi tez bir zamanda imzalamağımızdır” – Mirzoyan qeyd edib.

Onun qeyd etdiyi kimi, əlbətdə, bir sazişlə bütün məsələlər həll edilə bilməz, qalan məsələlər tərəflər bunda maraqlı olarsa, sonrakı danışıqlarda müzakirə oluna bilər.

Oxşar