Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Moskvaya gedəcək
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Moskvaya gedəcək. Erməni mediasının məlumatına görə, Ermənistan xarici işlər naziri yanvarın 21-də Rusiya paytaxtına səfər edəcək.
Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Ararat Mirzoyan Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşəcək, bundan sonra birgə mətbuat konfransı keçiriləcək.
Bundan əvvəl Ermənistanın xarici işlər naziri Vaşinqtona səfər edib və orada ABŞ dövlət katibi Entoni Blinkenlə Strateji Tərəfdaşlıq haqqında Xartiya imzalayıb.