Ermənistanın iqtisadiyyat naziri - Azərbaycandan yeni neft məhsullarının Ermənistana daxil olması ilə benzin qiymətlərinin azalacağı gözlənilir
Ermənistanın iqtisadiyyat naziri - Azərbaycandan yeni neft məhsullarının Ermənistana daxil olması ilə benzin qiymətlərinin azalacağı gözlənilir

Azərbaycandan yeni neft məhsullarının Ermənistana daxil olması ilə benzin qiymətlərinin azalacağı gözlənilir, – bu barədə Ermənistanın iqtisadiyyat naziri Qevorq Papoyan bildirib.

Ermənistan iqtisadiyyat nazirinin dediyinə görə, Azərbaycandan neft məhsullarının gəlməsi ilə əlaqədar ölkədə bir litr yanacağın qiyməti təxminən 80 dramla (0,21 ABŞ dolları) azalacaq.

Papoyan həmçinin qeyd edib ki, 7600 ton Azərbaycan neft məhsulu yoldadır, onlardan 6100 tonu benzin, 1500 tonu isə dizel yanacağıdır.

2025-ci ildə Azərbaycan dəmiryolu ilə Ermənistana 1 210 ton Azərbaycan benzini daxil olub.