Ermənistanın Dövlət Gəlirlər Komitəsi Krım körpüsündə partlayan yük avtomobili ilə əlaqədar məlumat yayır
Ermənistanın Dövlət Gəlirlər Komitəsi Krım körpüsündə partlayan yük avtomobilinin yoxlanılması ilə bağlı məlumat dərc edir.
Erməni mətbuatı tərəfindən verilən məlumatda, komitənin yük avtomobilinin Ermənistan ərazisində olduğu müddətdə və ölkəni tərk edərkən hansı yoxlamalardan keçməsi ilə əlaqədar ətraflı məlumat dərc etdiyi bildirilir.
Komitədə yük avtomobilinin Ermənistan ərazisində olarkən və ölkəni tərk edərkən riskli yüklə yüklənmədiyi deyilir.
“İdxal, gömrük nəzarəti, rentgen yoxlaması, gömrük rəsmiləşdirilməsi, sənədləşmə, ixrac prosesləri düzgün və qanuni şəkildə həyata keçirilib. Ermənistan Respublikasına giriş-çıxış zamanı yüklərin fiziki və rentgen yoxlanılması zamanı risk faktoru aşkar edilməyib. Yuxarıda bəhs edilən faktları təsdiq edən bütün sənədlərin surəti, eləcə də rentgen şəkilləri, gömrük nəzarəti zonalarında videomüşahidə cihazları ilə qeydə alınan hərəkət saxlanılır”-deyə Dövlət Gəlirlər Komitəsinin hesabatında deyilir.