Ermənistanın Baş Prokurorluğunda Krım körpüsünün partladılması işi üzrə Ermənistan vətəndaşının həbs edilməsi ilə bağlı nəşrləri öyrəndiklərini və materialları təhlükəsizlik xidmətinə göndərdiklərini açıqlayırlar

17:15, 12.10.2022

 

Ermənistanın Baş Prokurorluğunda Krım körpüsünün partladılması işi üzrə Ermənistan vətəndaşının həbs edilməsi ilə bağlı nəşrləri öyrəndiklərini açıqlayırlar. Yerli media məlumatı Baş Prokurorluğun mətbuat xidmətinin bəyanatına istinadən yayır.

Mətbuat xidməti tərəfindən verilən məlumatda bildirilir ki, Ermənistanın Baş Prokurorluğu Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin bu gün yaydığı məlumatları və Krım körpüsündə baş verən partlayışda Ermənistan vətəndaşının iştirakı ilə bağlı müxtəlif mediada dərc olunan nəşrləri öyrənib.

İdarədən verilən məlumatada qeyd olunur ki, nəşrlərdə aşkar cinayəti təsdiq edən məlumatlar yer aldığından, Baş Prokurorluq onları cinayət işinin başlanılması barədə qərarı göstərilməklə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin istintaq şöbəsinə göndərib.

İdarədən məsələ ilə bağlı əlavə məlumatın daha sonra dərc olunacağı deyilir.

Oxşar