Ermənistanın baş nazirliyinə yeganə namizəd Nikol Paşinyandır

20:02, 30.04.2018

Ermənistanın baş nazirliyinə yalnız bir namizəd təqdim olunub və o, müxalifətin lideri Nikol Paşinyandır.

Erməni mediasının məlumatına görə, namizədlərin təqdim edilməsi müddəti yerli vaxtla saat 18:00-da sona yetdi.

Konstitusiyaya uyğun olaraq baş nazir seçkilərində öz namizədini təqdim etməyə hər dörd fraksiyanın hüququ var idi.

Baş nazirin semilməsi üçün ən azı 53 deputatın səsi lazımdır.

 

 

Oxşar