Ermənistan Respublikasının baş nazirinin Gürcüstana rəsmi səfəri başa çatıb. Gürcüstanın Baş naziri İrakli Kobaxidze Nikol Paşinyanı Tbilisi Beynəlxalq Hava Limanından yola salıb.
Rəsmi səfər çərçivəsində hökumət başçısı erməni həmkarını hökumət nümayəndə heyəti ilə birlikdə rəsmi şam yeməyinə qonaq edib.
Rəsmi şam yeməyi bitdikdən sonra isə, iki ölkənin baş nazirləri Svetitsxoveli kafedral məbədində olublar.