Ermənistanda,yaşlı insanların sığınacağında 41 nəfərin koronavirusa yoluxması təsdiqlənib

11:53, 17.05.2020

Ermənistanda,yaşlı insanların sığınacaqlarından birində koronavirus yayılıb.  Müvafiq məlumatı  ″NEWS.am″ yayır.

Ermənistanın Əmək və Sosial Məsələlər üzrə Nazirliyindən qeyd olunduğu üzrə,Yerevanda yerləşən Nork yaşlılar sığınacağında 70 nəfərdən analiz götürülüb,onlardan 41-nin koronavirusa yoluxması təsdiqlənib.

Hazırda 5 nəfər xəstəxanaya yerləşdirilib,geridə qalanları isə təcrid olunublar.Yoluxanlar arasında  qocalar evinin sakinləri ilə yanaşı,işçilər də var.

 

 

Hazırladı-Sevinc Mustafayeva

Oxşar