Ermənistanda Vahaqn Çaxalian saxlanılıb
Ermənistanda Vahaqn Çaxalian saxlanılıb

Vahaqn Çaxalian Ermənistanda saxlanılıb. Bu barədə erməni mediası vəkil Ruben Melikyana istinadən məlumat yayır.

Vəkilin məlumatına görə, Çaxalian İstintaq Komitəsinin binasındadır.

Erməni mediasının yazdığına görə, Vahaqn Çaxalian “Kamki” təşəbbüsünün lideridir və müxalifətin fəaliyyətində fəal iştirak edir. Vahaqn Çaxalian Gürcüstanda “Cavaxq” hərəkatının lideri olub. O, 2009-cu ildə saxlanılıb və kütləvi iğtişaşlarda iştirak etmək, silah əldə etmək-saxlamaq-gəzdirmək, həmçinin xuliqanlıq maddələri ilə 10 illik həbs cəzası alıb. Vahaqn Çaxalian 2013-cü ildə amnistiya ilə həbsdən azad edilib.