Ermənistanda təsdiqləyirlər ki, Cənubi Qafqazda kommunikasiyaların açılması kontekstində funksiyaların beynəlxalq şirkətə verilməsi məsələsi müzakirə olunur
Ermənistanda təsdiqləyiblər ki, Cənubi Qafqazda kommunikasiyaların açılması kontekstində funksiyaların beynəlxalq şirkətə verilməsi məsələsi müzakirə olunur.
Bu barədə Ermənistanın xarici işlər nazirinin müavini Mnasakan Safaryan “Azadlıq Radiosu”na müsahibəsində bildirib.
Onun dediyinə görə, Cənubi Qafqazda kommunikasiyaların açılması kontekstində funksiyaların beynəlxalq şirkətə verilməsi məsələsi müzakirə olunur, lakin bu proses Ermənistanın suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyası çərçivəsində həyata keçirilməsi şərti ilə.
Mnatsakan Səfəryan Ermənistanın Cənubi Qafqazda kommunikasiyaların açılması ilə bağlı ABŞ-dan təklif alıb-almaması ilə bağlı suala cavabında bildirib ki, müxtəlif ölkələrdən oxşar təkliflər mövcuddur, hansı ki, müzakirə mövzusudur.
Ermənistan xarici işlər naziri bu ölkələri dəqiqləşdirməyib.
“Bir neçə belə təklif müzakirə mövzusudur. Əgər bu təkliflər Ermənistanın maraqlarına və onun “Sülh yollarının kəsişməsi” təşəbbüsü çərçivəsində irəli sürdüyü prinsiplərə uyğun olarsa, onda həmin təkliflər müzakirə oluna bilər”, – Ermənistan xarici işlər nazirinin müavini bildirib.
Məlumat üçün bildirək ki, daha əvvəl mediada Zəngəzur dəhlizinin açılması halında, ona nəzarətin amerikan şirkəti tərəfindən həyata keçirilə biləcəyi barədə məlumat yayıldı.