Ermənistanda son 24 saatda koronavirusa 355 yoluxma halı təsdiqlənib

11:52, 31.05.2020

 

Ermənistanda son 24 saatda koronavirusa 355 yeni  yoluxma halı təsdiqlənib.Bu barədə məlumatı Ermənistanın Xəstəliklərə Nəzarət Mərkəzi yayır.

Epidemiyanın başlamasından bu günədək, Ermənistanda  Covid 19-a 9282 yoluxma halı qeydə alınıb.

Bu mərhələdə 5715 pasiyent xəstəxanalarda qalır.

 Ermənistanda cəmdə Covid 19-a 131 nəfər qurban gedib.Son 24 saatda 4 nəfər vəfat edib.

Bununla yanaşı,Ermənistanın XNM-i koronavirusa yoluxan,lakin ölüm səbəbi başqa xəstəlik olan pasiyentləri ayrıca qeydiyyata alır.Epidemiyanın başlamasından bu günədək Ermənistanda 50 belə hal qeydə alınıb.

 

Hazırladı-Sevinc Mustafayeva

Oxşar