Ermənistanda müxalifətçi siyasətçi Ruben Akopyan saxlanılıb

12:07, 19.07.2025

Ermənistanda müxalifətçi siyasətçi, sabiq deputat Ruben Akopyan saxlanılıb. Bu barədə Ermənistan mediası məlumat yayır.

Medianın məlumatına görə, Ruben Akopyan hökumətin devrilməsinə açıq çağırışda ittiham edilir. İstintaqa görə, müxalifətçinin həbsinə iyulun 1-də dərc olunan müsahibə səbəb olub.

Yayılan məlumata görə, müstəntiq Ermənistan parlamentinin sabiq üzvü barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün vəsatət qaldırıb.

Siyasətçiyə qarşı Ermənistan Cinayət Məcəlləsinin 422-ci maddəsinin 2-ci hissəsi ilə cinayət işi başladılıb

Oxşar