Ermənistanda “Eagle Partner 2025” erməni-amerikan birgə hərbi təlimi keçiriləcək
Ermənistanda “Eagle Partner 2025” erməni-amerikan birgə hərbi təlimi keçiriləcək

Ermənistanda “Eagle Partner 2025” erməni-amerikan birgə hərbi təlimi keçiriləcək. Bu barədə Ermənistan mediası məlumat yayır.

“Erməni mediasının yazdığına görə, təlimlərin məqsədi Ermənistanın beynəlxalq sülhməramlı missiyalara qoşulması üçün hazırlanmasıdır. Təlimlər 12–20 avqust tarixlərində keçiriləcək.

Təlimlərdə Ermənistan Silahlı Qüvvələrinin sülhməramlı alt bölməsinin üzvləri, Avropa və Afrikadakı amerikan quru qüvvələrinin nümayəndələri və həmçinin Kanzas ştatının Milli Qvardiyası iştirak edəcək. Amerikanın Avropa və Afrikadakı quru qoşunlarının, eləcə də Kanzas ştatının Milli Qvardiyasının nümayəndələri iştirak edəcək. Təlimlər sülhməramlı missiyalara hazırlığı nəzərdə tutur. Xüsusi diqqət tibbi təxliyə prosedurlarına veriləcək.

Təlimlərin məqsədi beynəlxalq sülhməramlı missiyalarda iştirak edən alt bölmənin qarşılıqlı əlaqə səviyyəsini artırmaq, idarəetmə və taktiki kommunikasiya təcrübəsinin mübadiləsini təmin etmək, həmçinin Ermənistan Silahlı Qüvvələrinin sülhməramlı alt bölməsinin hazırlıq səviyyəsini yüksəltməkdir.