Ermənistanda Dövlət Gəlirlər Komitəsinin sabiq sədri Vardan Arutyunyan həbs edilib
Ermənistanda Dövlət Gəlirləri Komitəsinin sabiq sədri Vardan Arutyunyan həbs edilib. Bu barədə məlumatı Ermənistan mediası yayır.
Korrupsiyaya Qarşı Mübarizə Komitəsi erməni mediasına təsdiqləyib ki, Dövlət Gəlirləri Komitəsinin sabiq yüksək vəzifəli şəxsi cinayət işi üzrə istintaq çərçivəsində həbs edilib.
Korrupsiyaya qarşı mübarizə komitəsinin bildirdiyinə görə, iş sahibkarlıq fəaliyyətində qanunsuz iştirak, anti-rəqabət fəaliyyəti və pul vəsaitlərinin yuyulması ittihamlarına əsaslanır.