Ermənistanda bir gün ərzində koronavirusun 81 halı aşkar edildi

11:47, 26.04.2020

Ermənistanda bir gün ərzində koronavirusun 81 halı aşkar edildi. Məlumatı Ermənistan mediası ölkənin Səhiyyə Nazirliyinə istinad edərək yayır.

Virusun yayılmasından bu günə qədər ölkədə “COVID-19” virusunun 1 677 halı qeydə alınıb. Xəstəxanada müalicəsini 846 insan davam etdirir.

Koronavirusdan ölkədə 803 insan sağaldı. 28 pasiyent həlak olub.

Oxşar