Ermənistanda Azərbaycan hərbçilərinin sərhəd zonasında açdığı atəş nəticəsində bir əsgərin həlak olduğunu deyirlər, Azərbaycanda ittihamları təkzib edirlər

16:51, 06.09.2022

 

Ermənistan hakimiyyəti sərhəd zonasında Azərbaycan hərbçilərinin açdığı atəş nəticəsində Ermənistan ordusunun bir əsgərinin həlak olduğunu bildirir.

Erməni mətbuatı Ermənistan-Azərbaycan sərhədinin şərq hissəsində qarşı tərəfin döyüş mövqeyini atəşə tutması nəticəsində Ermənistan ordusunun bir çavuşunun həlak olduğunu yazır.

Azərbaycan Müdafiə Nazirliyi erməni əsgərin guya azərbaycanlı bölmələr tərəfindən açılan atəşlə öldürülməsi ilə bağlı iddiaları təkzib edib.

“Biz erməni tərəfinin məlumatını qəti şəkildə təkzib edirik”- deyə Azərbaycan Müdafiə Nazirliyinin bəyanatında deyilir.

Oxşar