Ermənistan və Türkiyə “Trampın yolu” layihəsini müzakirə ediblər
Ermənistan və Türkiyə “Trampın yolu” layihəsini müzakirə ediblər

Ermənistan və Türkiyə “Trampın yolu” layihəsini müzakirə ediblər. Erməni mediası Ermənistanın iqtisadiyyat naziri Qevork Papoyan Türkiyənin kənd təsərrüfatı və meşə təsərrüfatı naziri İbrahim Yumaklı ilə İstanbulda görüşüb.

Papoyanın söylədiyinə görə, hər iki tərəf Ermənistan-Türkiyə arasında müntəzəm təmasların əhəmiyyətini vurğulayıb və dialoqun davam etdirilməsinə hazır olduqlarını bir daha təsdiqləyib.

Ermənistan hökumətinin nümayəndəsinin sözlərinə görə, nazir İbrahim Yumaklı Ermənistanın baş naziri Nikol Paşinyanın Türkiyəyə son səfərini yüksək qiymətləndirib və bunun ikitərəfli münasibətlərin inkişafına müsbət təsirini vurğulayıb.

“Biz Qars-Gümrü dəmir yolunun yenidən açılması imkanlarını, “Trampın yolu” layihəsi vasitəsilə hər iki ölkə üçün yaranan yeni iqtisadi, loqistika və ticarət imkanlarını müzakirə etdik. Söhbətdə diqqət bazarın şaxələndirilməsi, yeni logistik marşrutlarının yaradılması və ikitərəfli iqtisadi maraqların genişləndirilməsi imkanlarına yönəldildi. Həmçinin kənd təsərrüfatı sektorunda əməkdaşlıq məsələləri, xüsusilə kənd təsərrüfatının sığortalanması, dolu zərərləri və heyvan xəstəliklərinə qarşı birgə mübarizə tədbirləri müzakirə olundu.