Ermənistan və Türkiyə enerji sahəsində əməkdaşlıq imkanlarını müzakirə ediblər
Ermənistan və Türkiyə enerji sahəsində əməkdaşlıq imkanlarını müzakirə ediblər

Ermənistan və Türkiyə enerji sahəsində əməkdaşlıq imkanlarını müzakirə ediblər. Bu barədə Türkiyənin enerji və təbii ehtiyatlar naziri Alparslan Bayraktar X sosial şəbəkəsində yazıb.

Bayraktarın qeyd etdiyi kimi o, İstanbulda Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatian ilə görüş keçirib.

“Biz İstanbulda Ermənistanın regional idarəetmə və infrastruktur naziri hörmətli Davit Xudatiani ilə görüşdük. Görüş zamanı Türkiyə ilə Ermənistan arasında enerji sektorunda potensial əməkdaşlıq imkanlarını qiymətləndirdik”, – Türkiyənin enerji və təbii ehtiyatlar naziri yazıb.