Ermənistan və İranın xarici işlər nazirləri telefon danışığı zamanı İran və İsrail arasında baş verən hadisələri müzakirə ediblər
Ermənistan və İranın xarici işlər nazirləri telefon danışığı zamanı İran və İsrail arasında baş verən hadisələri müzakirə ediblər

Ermənistan və İranın xarici işlər nazirləri Ararat Mirzoyan və Abbas Əraqçi telefon danışığı zamanı İran və İsrail arasında baş verən hadisələri müzakirə ediblər.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın yazdığına görə, Abbas Araqçı ilə söhbət zamanı liderlər mövcud vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.

“Biz son zamanlar inkişaf edən hadisələri müzakirə etdik və mövcud vəziyyətlə bağlı fikir mübadiləsi apardıq. Regionda risklərin idarə olunması və gərginliyin artmasının qarşısının alınmasının vacibliyini vurğuladıq”, – Mirzoyan yazır.

Məlumat üçün bildirək ki, Çexiyada davam edən GLOBSEC 2025 forumunda Nikol Paşinyan İsrailin İrana hücumunu pisləyib və bunun regionun zəif sabitliyini şübhə altına aldığını qeyd edib.

Bununla yanaşı, Ermənistan Xarici İşlər Nazirliyi bəyanat yayaraq İsrailin İrana hərbi hücumunu pisləyib və hərbi əməliyyatları dərhal dayandırmağa və beynəlxalq hüquq normalarına riayət etməyə çağırıb.