Ermənistan və Azərbaycan bir-birini sərhəddə atəş açmaqda ittiham edir
Ermənistan və Azərbaycan bir-birini sərhəddə atəş açmaqda ittiham edir.
Ermənistan Müdafiə Nazirliyi tərəfindən verilən məlumatda dünən Ermənistan-Azərbaycan sərhədinin şərq hissəsində azərbaycanlı hərbçilərin erməni hərbi mövqeləri istiqamətində müxtəlif çaplı atıcı silahlardan atəş açdığı deyilir. Müdafiə Nazirliyi erməni hərbçilərin müvafiq tədbirlər həyata keçirdiyini açıqlayır.
Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumatda isə oktyabrın 10-da saat 23.00-da Ermənistan SQ-nin Basarkeçər rayonunda yerləşən bölmələrinin Azərbaycan ordusunun Astafda yerləşən mövqelərini atəşə tutduğu bildirilir. Müdafiə Nazirliyinin açıqlamasında Azərbaycan ordusunun bölmələri tərəfindən müvafiq cavab tədbirlərinin həyata keçirildiyi açıqlanır.