Ermənistan Türkiyə və Azərbaycan prezidentlərini İrəvana dəvət edib
Ermənistan Türkiyə və Azərbaycan prezidentlərini İrəvana dəvət edib. Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.
Ermənistan Xarici İşlər Nazirliyinin rəhbərinin dediyinə görə, Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev gələn il İrəvanda keçiriləcək Avropa Siyasi Birliyinin sammitinə dəvət olunublar.
“Hər iki tərəfdən itkilər oldu və aramızda həqiqi düşmənçilik var idi. Barışıq prosesi. Dünyanın bir çox ölkəsi və xalqı bu mərhələdən keçib. Məqsəd mehriban qonşuluq münasibətlərinin qurulmasıdır. Addımlar atmalıyıqmı? Niyə bizə Prezident Ərdoğanın Ermənistana səfərini təsəvvür etmək çətindir? Paşinyanın bu gün Azərbaycana səfər etməsi çətin görünür, amma biz bu yoldayıq. Elə bir gün gələcək ki, bu vəziyyət reallığa çevriləcək”, – Ararat Mirzoyan bildirib.