Ermənistan Təhlükəsizlik Şurasının katibi – Rusiya Ermənistanı Azərbaycana dəhliz açmağa və Rusiya-Belarus ittifaq dövlətinə qoşulmağa məcbur edir

13:53, 27.12.2022

 

Ermənistan Təhlükəsizlik Şurasının katibi Rusiyanın Ermənistanı Azərbaycana dəhliz açmağa və Rusiya-Belarus ittifaq dövlətinə qoşulmağa məcbur etdiyini bildirir. Armen Qriqoryan bu barədə Ermənistanın İctimai Televiziyasına müsahibəsində açıqlayıb.

O, sentyabrın 13-də Ermənistanın suveren ərazisinə Azərbaycanın müdaxiləsinin, eləcə də Ermənistanla Dağlıq Qarabağı birləşdirən Laçın dəhlizinin bağlanmasının Rusiyanın Ermənistana təzyiqinin tərkib hissəsi olduğunu açıqlayıb. O, Ermənistan-Rusiya münasibətlərindəki böhranın səbəbinin məhz bu olduğunu bildirib.

“Ermənistan müqavimət göstərməkdə davam edir”-deyə Qriqoryan açıqlayır.

Jurnalistin bütün bunların dəhlizə görə baş verməsinə dair sualına, Ermənistan Təhlükəsizlik Şurasının katibi belə cavab verib: “Onların arasında bu da var. Başqa cür desək, Ermənistan ərazisindən keçməli olan ekstraterritorial dəhlizə görə”.

Qriqoryan Rusiyanın Ermənistanı formalaşmaqda olan, Rusiya və Belarusun da daxil olduğu ittifaq dövlətinə qoşulmağa məcbur etdiyini ilk dəfə təsdiqləyib. O, Ermənistanın bundan imtina etdiyini və buna cavab olaraq hərbi güclə təzyiq edildiyini bildirib.

Oxşar