Ermənistan Rusiyanın “Mir” bank kartının əməliyyatlarını bərpa etməyi planlaşdırır
Ermənistan Rusiyanın “Mir” bank kartının əməliyyatlarını bərpa etməyi planlaşdırır.
Medianın məlumatına görə, ölkənin turizm komitəsinin sədri Lusine Qevorqyan bildirib ki, ölkə “Mir” kartlarının dəstəklənməsini və QR kodlarla ödənişin tətbiqini planlaşdırır.
Qevorqyanın bildirdiyinə görə, ilin əvvəlindən ölkəyə təxminən 2 milyon xarici turist səfər edib və turizm axınının təxminən üçdə biri rus turistlərin payına düşür.
“Turizm bizim üçün çox vacib bir sahədir. 2024-cü ildə onun ÜDM-dəki payı 14%-ə çatıb. Hökumət tezliklə 2026–2030-cu illər üçün turizmin inkişaf strategiyasını qəbul edəcək”, – Ermənistan Turizm Komitəsinin sədri bildirib.