Ermənistan prezidenti Serj Sarkisyan gürcüstana gəldi
Ermənistan prezidenti Serj Sarkisyan gürcüstana gəldi

Ermənistan prezidenti Serj Sarkisyan Gürcüstana gəldi.

Sarkisyanı Tbilisi Beynəlxalq Hava Limanında Gürcüstanın xarici işlər naziri Mixeil Canelidze, Prezident Administrasiyasının rəhbəri Giorgi Abaşişvili, beynəlxalq əlaqələr üzrə Prezidentin məsləhətçisi Tengiz Pxaladze və Gürcüstanın Ermənistandakı səfiri Giorgi Saqanelidze qarşıladılar.

Serj Sarkisyanın rəsmi qarşılanma mərasimi Gürcüstanın Prezident Sarayında keçiriləcək.

Səfər çərçivəsində Gürcüstan prezidenti, baş nazir, Gürcüstan Parlamentinin sədri və Katolikos Patriarxı İkinci İlya ilə görüş planlaşdırılıb.