Ermənistan hökuməti istefa verdi
Ermənistan hökuməti istefa verdi

Ermənistanın baş naziri, hökumətin istefası barəsində, prezident Armen Sarqsiyana müraciət etdi. Yeni seçilmiş prezident hökumətin istefası barəsində tələbi təmin etdi.

Yayılan məlumata görə, Sarqsiyan nazirlərə, yeni hökumətin formalaşmasına qədər, işlərinin davam etdirilməsi hüququnu verdi. Konstitusiya islahatlarına uyğun olaraq, Ermənistan Parlament Respublikasıdır. Bu demədir ki, hakimiyyət prezidentdən baş nazirə keçir. Prezident vəzifəsi isə rəmzi olacaq.

Yaxın günlərdə Parlamentin fraksiyaları yeni baş nazirin namizədliyini təqdim etməlidirlər.

Yayılan məlumata görə, hakim partiyanın namizədi artıq keçmiş prezident Serj Sarqsiyan olacaq.

Serj Sarqsiyanın səlahiyyətləri müddəti başa çatdı.