Ermənistan prezidenti Gürcüstana gələcək
Ermənistan prezidenti Gürcüstana gələcək

Gürcüstana Ermənistan prezidenti Serj Sarkisyan, ikigünlük səfərlə dekabrın 25-də gələcək. Bu barədə malumatı erməni mətbuatı yayır.

Səfər çərçivəsində Gürcüstan prezidenti, baş nazir, Gürcüstan Parlamentinin sədri və Katolikos Patriarxı İkinci İlya ilə görüş planlaşdırılıb.

Erməni mediyası yazır ki, səfər zamanı iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Serj Sarkisyan erməni icması ilə görüş planlaşdırır.