Ermənistan prezidenti Avropa İttifaqına üzvlük prosesinin başlanması ilə bağlı qanunu imzalayıb
Ermənistan prezidenti Vahaqn Xaçaturyan Ermənistanın Avropa İttifaqına üzvlük prosesinin başlanması ilə bağlı qanun imzalayıb.
Qeyd olunan məlumat ölkə prezidentinin veb səhifəsində dərc olunub.
Bundan əvvəl qanun layihəsini Ermənistan parlamenti təsdikləyib. Qanun layihəsini 64 deputat dəstəkləyib, 7 deputat isə əleyhinə səs verib.