Ermənistan Parlamentinin sədri - Ermənistanın hazırda Gürcüstan və Türkiyə əraziləri vasitəsilə Avropa İttifaqı ilə əlaqəsi var
Ermənistanın hazırda Gürcüstan və Türkiyə əraziləri vasitəsilə Avropa İttifaqı ilə əlaqəsi var, – bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan Axalkalaki-Qars dəmir yolunun artıq Ermənistandan ixrac və idxal üçün açıq olması ilə bağlı bəyanat yayıb.
Alen Simonyan bununla bağlı sosial şəbəkədə bəyanat yayıb.
“Bu gün Ermənistanın Gürcüstan və Azərbaycan əraziləri vasitəsilə Rusiya ilə, daha sonra isə Rusiya və Qazaxıstan əraziləri vasitəsilə Çin ilə dəmir yolu əlaqəsi var. Hazırda onun Gürcüstan və Türkiyə əraziləri vasitəsilə Avropa İttifaqı ilə də əlaqəsi mövcuddur. Yaxın gələcəkdə Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan dəmir yolları açılacaq, bunun ardınca isə Naxçıvan vasitəsilə Ermənistan-İran dəmir yolu xətti gələcək. Bu hadisələri yaxın gələcəkdə “Tramp marşrutu” layihəsinin icrası nəticəsində görəcəyik”, – Alen Simonyanın bəyanatında qeyd olunub.